AZ

“Pivəçilər”dən ardıcıl 3-cü qələbə

Avroliqada 28-ci turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, Türkiyə klubları növbəti dəfə qələbə qazandı.

“Fənərbaxça”nın uğurları artıq sensasiya deyil. Səfərdə “Panatinaikos”u da məğlub edən “sarı-lacivərdlilər” əsas rəqiblərindən bir oyun az keçirməklə turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Efes” isə mövsüm yarılanandan sonra ayılıb.

“Pivəçilər” ardıcıl 3-cü qələbə sayəsində zirzəmidən bir qədər uzaqlaşdı.

Efes (Türkiyə) – Virtus B (İtaliya) 91:60 (22:19, 21:16, 21:10, 27:15)
Makkabi T-Ə (İsrail) – Bavariya (Almaniya) 111:106 ОТ (26:20, 25:25, 23:33, 25:21, 12:7)
Olimpiakos (Yunanıstan) – Srvena Zvezda (Serbiya) 92:86 (24:20, 25:25, 23:23, 20:18)
Valensiya (İspaniya) – ASVEL (Fransa) 82:67 (22:17, 22:16, 19:12, 19:22)
Barselona (İspaniya) – Paris (Fransa) 74:85 (18:21, 25:18, 12:25, 19:21)
Jalgiris (Litva) – Hapoel T-Ə (İsrail) 93:82 (24:20, 20:23, 19:19, 30:20)
Monako (Fransa) – Baskoniya (İspaniya) 102:92 (29:24, 17:26, 28:23, 28:19)
Panatinaikos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 83:85 (19:25, 23:16, 20:15, 21:29)
Milan (İtaliya) – Dubay (BƏƏ) 78:96 (20:18, 26:33, 13:22, 19:23)
Partizan (Serbiya) – Real (İspaniya) 73:77 (19:20, 14:23, 28:19, 12:15)

Xal durumu: Fənərbaxça – 47, Valensiya – 46, Olimpiakos, Real, Barselona – 45, Jalgiris, Monako, Panatinaikos, Srvena Zvezda – 44, Hapoel T-Ə – 43, Dubay, Milan – 42, Makkabi T-Ə – 41, Bavariya, Virtus B – 40, Efes, Baskoniya, Partizan – 37, Paris – 36, ASVEL – 35.

Seçilən
78
2
football-plus.az

10Mənbələr