İran Birləşmiş Ərəb Əmirliklərindən ( BƏƏ ) ABŞ-nin Əmirlik ərazisindən İslam Respublikasına endirdiyi zərbələr nəticəsində dəyən ziyana görə kompensasiya tələb edir.
"Unikal" xəbər verir ki, Tehranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bunu BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.
Məktubda BƏƏ-nin "qanunsuz hərəkətlərinin" beynəlxalq hüquqi məsuliyyətə səbəb olduğu və İrana dəyən bütün maddi və qeyri-maddi zərərlərə görə kompensasiya tələb olunduğu bildirilir.
Fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar edib.
Gülayə Mecid