Gəncə şəhərində Ramazan bayramı ilə əlaqədar səhər saatlarında başlayaraq məscidlərdə bayram namazı qılınıb.
APA-nın yerli bürosunun məlumatına görə, bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda başlayıb.
Allahdan bağışlanmaq, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət, bolluq arzulanıb. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan Ramazan bayramı münasibətilə təbrik ediblər.
"Cebheinfo.az"