AZ

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO

Bu gün səhər şimal bölgəsinin Ramazan bayram namazı rayonlarında yerləşən məscidlərdə də qılınıb.

Bu barədə Bizim.Media-ya Qafqaz Müsəlmanları İdarəsi-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, Quba şəhərindəki “Ağ məscid”in imamı Anar Əyyubov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında Quba şəhərində fəaliyyət göstərən 5 məsciddə, eləcə də kənd məscidlərində bayram namazı qılınıb. Bir ay ərzində oruc tutaraq ibadət edən inanclı insanlar namaz zamanı ölkəmizin əmin-amanlığı, sabitliyi və insanların sağlamlığı naminə dualar ediblər.

Bayram namazı Xaçmaz və Qusar şəhərlərində, həmçinin bu rayonların kənd məscidlərində də icra olunub.










 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
49
38
bizim.media

10Mənbələr