Küveytin Əl-Əhmədi limanındakı neft emalı zavodunda dron hücumu nəticəsində yanğın baş verib.
Herbiand.az xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası məlumat yayıb.
Məlumatda deyilir: "Cümə axşamı səhəri Əl-Əhmədi neft emalı zavodundakı istehsalat bölmələrindən birinə dron hücumu edilib və nəticədə kiçik yanğın baş verib".
Yanğın söndürülüb, xəssarət alan olmayıb.