Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mətləb