AZ

39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
9
11
manset.az

10Mənbələr