AZ

Putin BOK-a müraciət etdi: “Hoqqa çıxarmağa son qoyun”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Beynəlxalq Olimpiya Komitəsinini (BOK) idmandan siyasi məqsədlər üçün istifadə etdiyinə görə tənqid etdi.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Putin BOK-a müraciət edərək, bildirib: "Mən BOK-un hoqqa çıxarmaqdan əl çəkməsini çox istərdim".

Dövlət başçısı BOK-un İrana qarşı hərbi əməliyyata görə İsrail və ABŞ-yə sanksiyalar tətbiq etməmək qərarını xatırladaraq, bildirib ki, idman ölkələri birləşdirməlidir, münaqişələri dərinləşdirməməlidir.

Xatırladaq ki, 2022-ci ilin fevral ayında Rusiya Ukraynaya hərbi müdaxilə etdikdən sonra əksər idman təşkilatları BOK-un tövsiyəsi ilə Rusiya idmançılarını yarışlardan kənarlaşdırıb. Bəzi idmançılara neytral olaraq dünya arenasında yarışmaq imkanı verilib, bəzi ruslar isə vətəndaşlıqlarını dəyişərək digər ölkələri təmsil ediblər.

Musavat.com

Seçilən
0
1
musavat.com

10Mənbələr