AZ

Kreml və Tehran bir xəttdə: Putin Pezeşkianla kritik zəng etdi

Yaxın Şərqdə gərginliyin sürətlə artdığı bir vaxtda Moskva və Tehran arasında yüksək səviyyəli təmas baş tutub.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Məlumata görə, söhbət zamanı tərəflər Yaxın Şərqdə yaranmış gərgin vəziyyəti müzakirə ediblər. Xüsusilə İsrail və ABŞ-ın İrana qarşı hərbi addımlarından sonra regionda təhlükəsizlik mühitinin kəskinləşdiyi qeyd olunub.

Vladimir Putin Rusiya tərəfinin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirib ki, Moskva regionda vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasını və münaqişənin diplomatik yollarla həllini vacib hesab edir. Kreml rəhbəri gərginliyin tezliklə azaldılması üçün siyasi-diplomatik mexanizmlərin işə salınmasının zəruri olduğunu qeyd edib.

İran prezidenti Məsud Pezeşkian Rusiyanın göstərdiyi dəstəyə görə təşəkkür edib. O, xüsusilə Moskvanın İrana təqdim etdiyi humanitar yardımın və siyasi dəstəyin Tehran tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

 

Musavat.com

Seçilən
87
14
musavat.com

10Mənbələr