Şəmkirdə yanğın hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1989-cu il təvəllüdlü E.Məmmədova məxsus ikimərtəbəli fərdi yaşayış evində qəfil yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub.
Yanğın qısa müddətdə ərazisində söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 220 kv metr olan ikimərtəbəli evin 35 kv metrinin yanar konstruksiyaları yanaraq külə dönüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov