AZ

Şəmkirdə tövlədə yanğın oldu

Şəmkirdə yanğın qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib. Kənd sakininə məxsus 140 kv metr olan tövlədə anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb, yanğın zamanı tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqda olan tikililər yanğın söndürənlər tərəfindən mühafizə edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
37
1
unikal.az

10Mənbələr