AZ

Balakəndə avtoxuliqanlıq edən sürücü layiqli cəzasını alıb

Balakən, 18 mart, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtoxuliqanlıq edən sürücü Elnur Yusubov saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə sürücü Elnur Yusibov idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Həmin şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Yusubovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 23 sutka inzibati qaydada həbs olunub.

Müxbir - Rasim İslamoğlu

Seçilən
29
9
azertag.az

10Mənbələr