AZ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtoxuliqanlıq edən sürücü Elnur Yusubov saxlanılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  Elnur Yusibov idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Həmin şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Yusubovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 23 sutka inzibati qaydada həbs olunub.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
22
9
bizim.media

10Mənbələr