ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Xəbərin mətni
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu və Türkiyədəki səfir Rəşad Məmmədovu İzmirdə qonaq etməkdən son dərəcə məmnunuq. Əvvəllər səfirlə bir sıra görüşlərimiz olub. İzmirlə Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı ortaq fəaliyyətləri müzakirə etmişik. Bu dəfə Dövlət Komitəsinin sədri həm burada yaşayan azərbaycanlılarla görüşdü, həm də Novruz bayramı münasibətilə xüsusi proqramda iştirak etdi. Mən də onları müşayiət edirəm, dostluğun, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı danışırıq. Bu fikirləri Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.