AZ

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri: Qarşılıqlı səfərlərin təşkili vacibdir  

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu və Türkiyədəki səfir Rəşad Məmmədovu İzmirdə qonaq etməkdən son dərəcə məmnunuq. Əvvəllər səfirlə bir sıra görüşlərimiz olub. İzmirlə Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı ortaq fəaliyyətləri müzakirə etmişik. Bu dəfə Dövlət Komitəsinin sədri həm burada yaşayan azərbaycanlılarla görüşdü, həm də Novruz bayramı münasibətilə xüsusi proqramda iştirak etdi. Mən də onları müşayiət edirəm, dostluğun, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı danışırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay bildirib.

Bakı ilə İzmirin qardaş şəhərlər olduğunu xatırladan bələdiyyə sədri deyib: “Azərbaycan hamımızın çox sevdiyi, dost, qardaş dövlətdir. Daha yaxın olmağımız üçün qarşılıqlı səfərlərin təşkili vacibdir. Bu istiqamətdə tədbirlər görməyi planlaşdırırıq. Bu il martın 21-də İzmirdə ilk dəfə türkdilli dövlətlərin sənətçilərinin iştirakı ilə təntənəli Novruz şənliyi təşkil olunacaq”.

Seçilən
3
3
azerbaijan-news.az

4Mənbələr