Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının təşəbbüsü ilə Novruz bayramı və Müqəddəs Ramazan bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı təqdim olunub.
"Unikal" xəbər verir ki, YAP Suraxanı rayon təşkilatının əməkdaşları və könüllüləri aksiya çərçivəsində 382 şəhid, qazi və aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət sovqat verib, onları Novruz bayramı və Müqəddəs Ramazan bayramı münasibətilə təbrik ediblər.
Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını ifadə ediblər.