AZ

Seymur Orucov qazilər və müharibə veteranları ilə görüşdü - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vətən müharibəsi qaziləri və müharibə veteranları ilə növbəti görüşünü keçirib.

"Unikal" xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

RİH başçısı tədbir iştirakçılarının qarşıdan gələn Novruz bayramını təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərimizə, Vətən uğrunda canını fəda edən şəhidlərimizin ailələrinin yüksək diqqət və qayğı ilə əhatə olunması məqsədi ilə bu cür görüşlərin təşkili mütəmadi xarakter daşıyır. Şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların sosial rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız Zəfər xalqımızın qəhrəman övladlarının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Onların hər biri xalqımızın qürur mənbəyi və gələcək nəsillər üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsidir.

Görüşdə 3-cü qrup Vətən müharibəsi əlili Fərid Əsgərov, 1-ci Qarabağ müharibəsi veteranı İqrar Bayramov çıxışlarında ölkəmizin azadlığı uğrunda iştirak etdikləri və yaddaşlarında dərin iz buraxan müharibə xatirələrindən, əsgərlərimizin göstərdikləri igidlikdən söz açıblar. Qeyd olunub ki, döyüş meydanlarındakı hər günün gərginliyi və hər anın önəmi xalqımızın birlik və iradəsinin simvolu olaraq gələcək nəsillərə əbədi iz qoyub.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının psixoloq həkimi Azər Qurbanov müharibə əlillərinə göstərilən sosial-psixoloji və reabilitasiya xidmətlərindən söz açıb. 

Görüşün sonunda qazilərimizlə xatirə şəkli çəkdirilib. 

Seçilən
58
50
unikal.az

10Mənbələr