AZ

Prezident İlham Əliyevin dövlətçilik siyasətində elmin inkişafı və strateji prioritetləri MEK də lektoriya

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Elm Gününə həsr olunmuş “İlham Əliyevin dövlətçilik siyasətində elmin inkişafı və strateji prioritetləri” mövzusunda lektoriya keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Direktor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində elm və təhsil sahəsində mühüm islahatlar aparılıb, elmi infrastruktur gücləndirilib, alimlərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılıb.

Hüseyn Hüseynov bildirib ki, Mərkəzi Elmi Kitabxana da bu proseslərdə fəal iştirak edir, elmi informasiya təminatının gücləndirilməsi, elektron resurslar, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətlərində mühüm layihələr həyata keçirir. Müasir dövrdə kitabxanalar yalnız informasiya məkanı deyil, həm də elmi mühitin formalaşmasına töhfə verən intellektual platformalardır.

AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov çıxışında Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsinin dövlətimizin başçısının elm sahəsinə göstərdiyi qayğının, alimə verdiyi yüksək dəyərin təzahürü olduğunu söyləyib.

Alim məruzəsində Ulu Öndər Heydər Əliyevin XX əsrdə elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi siyasəti xüsusilə vurğulayıb. Xatırladıb ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin yubileyində görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən səsləndirilən fikirlər, xüsusilə ana dili ilə bağlı məsələlərin önə çəkilməsi gələcək müstəqil Azərbaycanın dil siyasətinin formalaşmasına mühüm töhfə olub.

S.Həsənov Ümummilli Liderin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Milli statusu verilməsini xatırladıb. O, həmçinin bildirib ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt əsasında yetişən mütəxəssislər bu gün Azərbaycanın inkişafına mühüm töhfələr verirlər.

Məruzəçi qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı tarixi çıxışı alimlər üçün yol xəritəsi olmaqla Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində onların fəal iştirakını nəzərdə tutur ki, bu da artıq əməli işlərlə göstərilir.

Daha sonra MEK-in Kitabxana xidməti üzrə direktor müavini Şəhla Quliyeva, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva, Sənədlərlə iş şöbəsinin baş mütəxəssisi Könül Hüseynova və Kitabxana fondlarının təşkili, mühafizəsi və istifadəsi şöbəsinin müdiri Allahverən Allahverdiyev çıxış edərək elmin inkişafı üçün dövlət tərəfindən yaradılan şəraiti yüksək dəyərləndiriblər.

Tədbir boyunca Azərbaycanda Elm Gününə həsr olunmuş videosüjet də nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
azertag.az

5Mənbələr