AZ

Horovluda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində növbəti əmək yarmarkası keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki,Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndindəki ofisində keçirilmiş yarmarkada 17 mart 2026-cı il tarixində Horovlu kəndinə köç etmiş sakinlər də iştirak ediblər.

Aktiv məşğulluq tədbirində hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunub. Vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Yarmarkaya qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərdə Agentliyin icra etdiyi digər məşğulluq proqramları barədə məlumatlar verilib.

Seçilən
11
4
cebheinfo.az

10Mənbələr