Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 18 mart, AZƏRTAC
Cəbrayıl rayonunun Horovlu kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndindəki ofisində keçirilmiş yarmarkada Horovlu kəndinə köç etmiş sakinlər də iştirak ediblər.
Aktiv məşğulluq tədbirində hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunub. Vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Yarmarkaya qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərdə Agentliyin icra etdiyi digər məşğulluq proqramları barədə məlumatlar verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.