AZ

Sosial şəbəkələrdə yayılan “sirkə üsulu” kökəlmədən qoruyurmu?

Bakı. Trend:

“Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur”mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücüşişirdildiyi qədər yüksək deyil”.

Trend xəbər verir ki, bufikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabındakeçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, sirkənin tərkibindəki asetik turşu bəzikiçik tədqiqatlarda qidanın mədədən boşalma sürətini və yeməkdənsonrakı qlükoza yüksəlməsini müəyyən qədər dəyişdirə bilib: “Lakinbu effektlər əsasən qısamüddətli, kiçik nümunəli və klinik baxımdanməhdud işlərdə göstərilib. Yəni “şirniyyatdan əvvəl sirkə içdim,kökəlmərəm” fikri elmi baxımdan etibarlı deyil. Artıq çəkiyə təsiredən əsas amil yenə də ümumi enerji balansıdır: porsiya ölçüsü, günərzində qəbul edilən kalori, fiziki aktivlik və yuxu. Sirkəli su ənyaxşı halda bəzi insanlarda iştahanı azacıq cilovlaya bilər; ammabu, yüksək kalorili bayram qidalanmasını nəticələrini aradanqaldıracağı sayılmamalıdır. Bir sözlə, sirkə sadəcə çox mübahisəlivə məhdud effektli olan bir metoddur.Turş məhlulun acqarına və yakonsentrat şəkildə qəbulu qıcqırmanı, mədə yanmasını, boğaza turşugəlişini və bəzi şəxslərdə epigastrik ağrını artıra bilər. Xüsusənreflüks, qastrit, xora, hiatal herniya və həssas mədəsi olaninsanlarda bu risk daha yüksəkdir. Bundan əlavə, sirkənin tez-tezvə düzgün durulaşdırılmadan istifadəsi diş minasına da zərər verəbilər. Nadir hallarda, uzunmüddətli və həddindən artıq istifadəninkalium azalması və bəzi dərmanlarla qarşılıqlı təsir ehtimalı damüzakirə olunur”.

Mütəxəssis-ekspert qeyd edib ki, bayram şirniyyatının yantəsirlərini “zərərsizləşdirmək” üçün sirkəli su içmək yerinə daharasional üç addım daha güclü strategiyadır: şirniyyatı əsas yeməkləeyni vaxtda yükləməmək, porsiyanı kiçik saxlamaq və həmin gün ümumihərəkəti artırmaq: “Araşdırmalar göstərir ki, qida qəbulundan sonragəzinti şəkərin qanda yüksəlməsinin qarşısını ala bilir. Bayramgünlərində orucdan normal rejimə keçid üçün ən doğru yol kəskindeyil, mərhələli qayıdışdır. İlk 2–3 gündə səhər yeməyini bərpaetmək, su qəbulunu artırmaq, çox yağlı yeməklə şirniyyatı eynioturuşda toplamaqdan çəkinmək və porsiyanı kiçik saxlamaq həzmrahatlığını xeyli yaxşılaşdırır. Sirkəli su isə artıq çəkidənqoruyan sübutlu üsul deyil; əksinə, bəzi insanlarda mədə-bağırsaqşikayətlərini artıra bilər”.

Məqalədə:
Seçilən
10
5
az.trend.az

6Mənbələr