AZ

Sumqayıtda yük avtomobili aşıb

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

XQ xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Məlumata görə, “Toyota Prius” markalı minik avtomobili ilə çörək məhsulları daşıyan yük avtomobili toqquşub.

Qəza nəticəsində yük avtomobili aşıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
xalqqazeti.az

3Mənbələr