BAKI, 17 mart. TELEQRAF
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Məlumata görə, “Toyota Prius” markalı minik avtomobili ilə çörək məhsulları daşıyan yük abtomobili toqquşub.
Qəza nəticəsində yük abtomobili aşıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.