AZ

Məşhur futbolçu və ailəsini otağa qapadıb evini soydular

İtaliyanın “Roma” klubunun futbolçusu Neil El-Aynaui qarət olunub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gecə futbolçunun Kastel Fusano rayonundakı evində baş verib. 

6 silahlı şəxs gecə 3-də onun evinə girib. Onlar qonaq otağının pəncərəsini sındıraraq içəri daxil olublar. 

El-Aynaui, anası, sevgilisi, qardaşı və qardaşının sevgilisini bir otağa salıb qapını bağlayıblar. Daha sonra evdəki 10 min avro dəyərindəki zinət əşyalarını, saatları və bahalı çantalarını oğurlayıblar. 

Polis hadisə barədə araşdırmalara başlayıb. 

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr