İtaliyanın “Roma” klubunun futbolçusu Neil El-Aynaui qarət olunub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gecə futbolçunun Kastel Fusano rayonundakı evində baş verib.
6 silahlı şəxs gecə 3-də onun evinə girib. Onlar qonaq otağının pəncərəsini sındıraraq içəri daxil olublar.
El-Aynaui, anası, sevgilisi, qardaşı və qardaşının sevgilisini bir otağa salıb qapını bağlayıblar. Daha sonra evdəki 10 min avro dəyərindəki zinət əşyalarını, saatları və bahalı çantalarını oğurlayıblar.
Polis hadisə barədə araşdırmalara başlayıb.