AZ

İbrahim Əliyev Azərbaycanı İspaniyada təmsil edəcək

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçiriləcək beynəlxalq turnirə qatılacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Milli Paralimpiya Komitəsi yayıb.

Martın 16-dan 22-dək təşkil olunacaq mötəbər yarışda idmançı həm fərdi, həm də qoşa kateqoriyada qüvvəsini sınayacaq. İbrahim Əliyev turnirə baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında qatılacaq.

Qeyd edək ki, bu turnir 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Seçilən
9
3
fanat.az

4Mənbələr