AZ

Parabadmintonçu İbrahim Əliyev İspaniyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.

Bu barədə "Report"a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Martın 16-dan 22-dək təşkil olunacaq mötəbər yarışda idmançı həm fərdi, həm də qoşa kateqoriyada qüvvəsini sınayacaq. İbrahim Əliyev turnirə baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında qatılacaq.

Qeyd edək ki, bu turnir 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Seçilən
7
3
far.az

4Mənbələr