AZ

Dövlətin hüquqi şəxslərinin maliyyə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

Bakı. Trend:

Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarındanmaliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqişəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarınınpozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət büdcəsindən və büdcədənkənardövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsusolan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyəqaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən,büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarındanayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrəistifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənarvəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə,normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlətbüdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdiriləntəşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəlişəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüzfaizi məbləğində cərimə ediləcək.

Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitəobyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azadolunacaq.

Burada "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının(səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilədövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığıqeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habeləqeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqişəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri,qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdətutulacaq.

Mövcud qanunvericiliyə görə, dövlət büdcəsindən və büdcədənkənardövlət fondlarından maliyyələşdirilən təşkilatlarınmaliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, ocümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından,həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatıüzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənarvəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmişsmetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidininsaxlanılması, bu əməllər iki min manatadək məbləğdə törədildikdədövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarındanmaliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd yüz manatdansəkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Eyni əməllər iki min manatdan dörd min manatadək məbləğdətörədildikdə dövlət büdcəsindən və büdcədənkənar dövlətfondlarından maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri minmanatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Eyni əməllər dörd min manatdan yuxarı məbləğdə törədildikdədövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarındanmaliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd min manatdansəkkiz min manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Məqalədə:
Seçilən
31
1
az.trend.az

4Mənbələr