AZ

Dövlətin hüquqi şəxslərinin maliyyə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

Bakı. Trend:

Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarındanmaliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqişəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarınınpozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan İnzibati XətalarMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Qanun layihəsinə əsasən, dövlət büdcəsindən və büdcədənkənardövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsusolan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyəqaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən,büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarındanayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrəistifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənarvəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə,normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlətbüdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdiriləntəşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəlişəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüzfaizi məbləğində cərimə edilir.

Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitəobyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azadolunacaq.

Burada “dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının(səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilədövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığıqeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habeləqeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqişəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri,qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdətutulacaq.

Məqalədə:
Seçilən
71
2
az.trend.az

3Mənbələr