AZ

Tovuzdakı partlayışda xəsarət alanlardan xəbər var

Martın 17-də saat 03:55  radələrində qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Verilən məlumata görə, 2024 təvəllüdlü azyaşlıya (kişi) bədənin II-III dərəcəli 15 faizlik termiki yanığı, 1997 və  2005-ci il təvəllüdlü şəxslərə isə bədənin II-III dərəcəli 40-60 faizlik yanığı diaqnozları təyin olunub. 

Hər birinə zəruri ilkin tibbi yardım göstərilib, Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar.

"Cebheinfo.az"

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr