Yazını böyüt
Yazını kiçilt
Xəbər verildiyi kimi, bu gün saat 03:55 radələrində qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hafta.az xəbər verir ki, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Məlumata görə, 2024-cü il təvəllüdlü azyaşlıya (kişi) bədənin II-III dərəcəli 15 faizlik termiki yanığı, 1997 və 2005-ci il təvəllüdlü şəxslərə isə bədənin II-III dərəcəli 40-60 faizlik yanığı diaqnozları təyin olunub.
Hər birinə zəruri ilkin tibbi yardım göstərilib, Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar.