AZ

Azərbaycana daxil olan pul baratları ötən il 1,2 mlrd. dollara yaxınlaşıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 1 176,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artım deməkdir.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika Departamentinin direktoru Samir Nəsirov bildirib.

Eyni dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmi 505 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 4,1% azalma deməkdir.

Onun sözlərinə görə, Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya Federasiyası (479,3 mln. dollar), Türkiyə (193,2 mln. dollar), ABŞ (100,7 mln. dollar), Gürcüstan (43,6 mln. dollar) və Böyük Britaniya (42,4 mln. dollar) üzrə formalaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
3
apa.az

4Mənbələr