AZ

Xaricdən Azərbaycana göndərilən vəsaitlərdə artım qeydə alınıb - ilk 3-lükdə olan ölkələr

Xaricdən

“2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 1 176,9 milyon ABŞ dolları təşkil edib”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

O, bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artım deməkdir.
“Eyni dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmi 505 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 4,1% azalma deməkdir. Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya Federasiyası (479,3 mln. dollar), Türkiyə (193,2 mln. dollar), ABŞ (100,7 mln. dollar), Gürcüstan (43,6 mln. dollar) və Böyük Britaniya (42,4 mln. dollar) üzrə formalaşıb”.

Seçilən
45
3
1news.az

4Mənbələr