ABŞ İrana qarşı müharibəyə artıq 12 milyard dollar xərcləyib.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirib.
"İndi ehtiyac duyduğumuz hər şey var. Əlavə maliyyələşdirmə üçün Konqresə qayıtmalıyıqmı? Bu məsələ nəzərdən keçiriləcək. Deməli, əlavə maliyyələşdirməyə ehtiyac olacağı mütləq deyil".- deyə o bildirib.