AZ

Yaponiya özəl sektorun strateji neft ehtiyatlarından istifadə edəcək

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gündən etibarən Yaponiya strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, gündoğan ölkə bu addımı Yaxın Şərqdəki münaqişə və enerji bazarındakı qeyri-müəyyənlik fonunda artan təchizat riskinə cavab olaraq atıb.

İlkin mərhələdə özəl sektor ehtiyatlarından 15 günlük, ardınca isə hökumət ehtiyatlarından bir aylıq müddətə istifadə olunacaq. Ümumilikdə 80 milyon barel strateji neft ehtiyatının istifadə olunacağı bildirilib.

Ekspertlərin fikrincə, bu addım Asiya idxalçılarının Hörmüz boğazından gələn tədarük təhdidini nə qədər ciddi qəbul etdiklərini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
yeniazerbaycan.com

3Mənbələr