Bu gündən etibarən Yaponiya strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, gündoğan ölkə bu addımı Yaxın Şərqdəki münaqişə və enerji bazarındakı qeyri-müəyyənlik fonunda artan təchizat riskinə cavab olaraq atıb.
İlkin mərhələdə özəl sektor ehtiyatlarından 15 günlük, ardınca isə hökumət ehtiyatlarından bir aylıq müddətə istifadə olunacaq. Ümumilikdə 80 milyon barel strateji neft ehtiyatının istifadə olunacağı bildirilib.
Ekspertlərin fikrincə, bu addım Asiya idxalçılarının Hörmüz boğazından gələn tədarük təhdidini nə qədər ciddi qəbul etdiklərini göstərir.