AZ

İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib » AzadMedia.az


İsrail Hərbi Hava Qüvvələri Tehranda “hücum peyklərini” inkişaf etdirmək üçün istifadə olunan mərkəzə zərbə endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, sözügedən mərkəz İranın “Çamran-1” peyki də daxil olmaqla ölkənin hərbi-kosmik potensialını inkişaf etdirmək funksiyası daşıyıb, eləcə də “dünyanın digər ölkələrinin kosmik aktivlərinə və İsrail Dövlətinin peyklərinə zərbə endirmək imkanları” üçün istifadə edilib.

IDF həmin obyektin məhv edildiyini açıqlayıb.
Seçilən
0
11
azadmedia.az

10Mənbələr