AZ

İsrail “hücum peykləri” üzərində işləyən İranın kosmik obyektini məhv edib

İsrail Hərbi Hava Qüvvələri Tehranda “hücum peyklərini” inkişaf etdirmək üçün istifadə olunan mərkəzə zərbə endirib...

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, sözügedən mərkəz İranın “Çamran-1” peyki də daxil olmaqla İranın hərbi-kosmik potensialını inkişaf etdirmək funksiyası daşıyıb, eləcə də “dünyanın digər ölkələrinin kosmik aktivlərinə və İsrail Dövlətinin peyklərinə zərbə endirmək imkanları” üçün istifadə edilib.

IDF həmin obyektin məhv edildiyini açıqlayıb. (APA)

Poliqon.info

Seçilən
0
11
poliqon.info

10Mənbələr