ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının XXIV turunda "Neftçi" komandası səfərdə "Qəbələ"ni məğlub edib. Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
BAKU.WS xəbər verie ki, "Ağ-qaralar"ın heyətində qolları Bassala Sambu (22), Emin Mahmudov (69 - penaltidən) və Murad Məmmədov (77) vurub. Ev sahibi komandanın yeganə qolunu isə Seydina Keyta (19 - penaltidən) hesablayıb.
Bu qələbə ilə xallarını 34-ə çatdıran "Neftçi" turnir cədvəlində altıncı pilləyə yüksəlib. "Qəbələ" isə 16 xalla on birinci sıradadır.
Tur çərçivəsində digər oyunlarda da qaliblər müəyyənləşib: "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" isə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib. "Kəpəz" və "Turan Tovuz" komandaları arasında görüş isə 1:1 hesabı ilə başa çatıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.