AZ

Qəbələ yə qalib gələn Neftçi turnir cədvəlində irəliləyib

ain.az, Milli.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXIV turunda "Neftçi" "Qəbələ"ni məğlub edib.

Milli.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

"Ağ-qaralar"ın heyətində Bassala Sambu (22), Emin Mahmudov (69-p) və Murad Məmmədov (77) fərqləniblər. Ev sahiblərinin qolunu isə Seydina Keyta (19-p) vurub.

Xallarının sayını 34-ə çatdıran "Neftçi" turnir cədvəlində altıncı sıraya yüksəlib. "Qəbələ" isə 16 xalla on birincidir.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib. "Kəpəz" "Turan Tovuz" matçında isə (1:1) qalib müəyyənləşməyib.Milli.Az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
6
news.milli.az

9Mənbələr