AZ

İcra başçısı müğənnini iftar süfrəsində həbs etdirib? - Özü DANIŞDI

“Məlumat yayıblar ki, Hacıqabulda keçirilən iftar süfrəsində icra başçısı Sevindik Hətəmov məni həbs etdirib. Yalandır, şayiələrə inanmayın. Məlumat paylaşarkən diqqətli olun, insanlar narahat olur”.

"Cebheinfo.az" xəbər verir ki, bunu tanınmış müğənni Pünhan Piriyev bildirib. Sənətçi qeyd edib ki, Hacıqabul rayonunun rəhbərliyi ona həmişə diqqət və qayğı göstərib:

“Həddim deyil ki, icra başçısı ilə qalmaqal yaşayım, artıq hərəkət edim, Sevindik müəllim də məni cəzalandırsın... O nə dedisə, biz “baş üstə” deyirik. Səhv edəndə də zəng edib deyir ki, bala, səhv etmisən, düzəliş et, gələcəyin qarşıdadır. Mən də həmişə böyüklərə hörmət etmişəm, rəhbərlər nə deyibsə, “baş üstə” demişəm... Çünki həmin insanlar uğurumuza sevinir”. (Pravda.az)

"Cebheinfo.az" 

Seçilən
20
15
cebheinfo.az

10Mənbələr