AZ

İcra başçısı tanınmış müğənnini həbs etdirib?

“Məlumat yayıblar ki, Hacıqabulda keçirilən iftar süfrəsində icra başçısı Sevindik Hətəmov məni həbs etdirib. Yalandır, şaiyələrə inanmayın. Məlumatları paylaşarkən diqqətli olun, insanlar narahat olur”.

Xəbərə görə, bunu tanınmış müğənni Pünhan Piriyev bildirib.

P.Piriyev qeyd edib ki, Hacıqabul rayonunun rəhbərliyi ona həmişə diqqət və qayğı göstərib: “Həddim deyil ki icra başçısı ilə qalmaqal yaşayım, artıq hərəkət edim, Sevindik müəllim də məni cəzalandırsın… O, nə dedisə, biz “baş üstə” deyirik. Səhv edəndə də zəng edib deyir ki, “bala, səhv etmisən, düzəliş et, gələcəyin qarşıdadır”… Mən də həmişə böyüklərə hörmət etmişəm, rəhbərlər nə deyibsə, “baş üstə” demişəm… Çünki həmin insanlar uğurumuza sevinir”. (Pravda.az)


Seçilən
22
15
azia.az

10Mənbələr