AZ

Tramp İran barədə: “İki gün ərzində tamamilə məhv ediləcək

ain.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp “NBC News”-a verdiyi müsahibədə hazırda İranla müharibəni bitirmək üçün razılaşma əldə etmək istəmədiyini bildirib.

“Cebheinfo.az” xəbər verir ki, Prezident "İran razılaşma istəyir və mən razılaşma əldə etmək istəmirəm, çünki şərtlər hələ kifayət qədər yaxşı deyil", - deyə bildirib. O  əlavə edib ki, istənilən şərtlər çox möhkəm olmalıdır.

Müharibəni bitirmək üçün potensial razılaşmanın şərtlərinin nə olacağı soruşulduqda, ABŞ Prezidenti "Bunu sizə demək istəmirəm" cavabını verib.

Tramp qeyd edib ki, razılaşma şərtlərinin bir hissəsi İranın istənilən nüvə ambisiyalarından tamamilə imtina etmək öhdəliyi olacaq.

ABŞ Prezidenti bildirib:

"Onların sahib olduğu yeganə güc və nisbətən tez bir zamanda ləğv edilə bilən güc dron atmaq və ya nisbətən qısamənzilli raket atmaq qabiliyyətidir. Lakin sahil xətti ilə işimizi bitirdikdən sonra onlarda da bu güc olmayacaq. Biz onların raketlərinin əksəriyyətini məhv etmişik. Onların dronlarının əksəriyyətini məhv etmişik". 

Tramp bildirib ki, ABŞ İranın onların raket və dron istehsalını əsasən dayandırıb:

“İki gün ərzində tamamilə məhv ediləcək".

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
9
cebheinfo.az

10Mənbələr