
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin ABŞ ilə yeni bir saziş bağlamağa çox həvəsli olduğunu iddia edib.
AFN.az xəbər verir ki, Böyük Britaniyanın "The Daily Telegraph" qəzetinə müsahibəsində Amerika lideri bildirib: "Onlar çarəsiz şəkildə razılaşma əldə etmək istəyirlər. Mən onlara demişdim ki, bunu hələ bir həftə əvvəl etməli idilər".
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə ABŞ ilə heç bir danışıqlar aparılmayacağını bəyan etmişdi.