AZ

Yamal paylaşımı ilə ona dəstək verdiyini göstərdi

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

“Barselona”nın hücumçusu Lamin Yamal sosial mediada şəkil paylaşıb.

Moderator.az xəbər verir ki, 18 yaşlı oyunçu Joan Laportanın yanında durarkən çəkdirdiyi şəkli paylaşıb. Yamal şəklin üzərinə “Barselona” klubunun rənglərində ürək həkk edib.

Beləliklə, Yamal klubun 15 mart bazar günü keçiriləcək prezident seçkilərindən əvvəl Laportanı dəstəkləyib. Bu vəzifəyə digər namizəd Viktor Fontdur. Seçki günü İspaniya liqasında “Barselona” “Sevilya” ilə qarşılaşır.

Oyun Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
moderator.az

3Mənbələr