“Barselona”nın hücumçusu Lamin Yamal sosial mediada şəkil paylaşıb.
Publika.az xəbər verir ki, 18 yaşlı oyunçu Joan Laportanın yanında durarkən çəkdirdiyi şəkli paylaşıb. Yamal şəklin üzərinə “Barselona” klubunun rənglərində ürək həkk edib.
Beləliklə, Yamal klubun 15 mart bazar günü keçiriləcək prezident seçkilərindən əvvəl Laportanı dəstəkləyib. Bu vəzifəyə digər namizəd Viktor Fontdur. Seçki günü İspaniya liqasında “Barselona” “Sevilya” ilə qarşılaşır.