İran silahlı qüvvələri ölkənin enerji obyektlərinə edilən istənilən hücuma cavab verəcək.
Publika.az xəbər verir ki, buu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Xarq adasına hücum qonşu ölkələrimizin ərazisindən həyata keçirilib və ABŞ HIMARS buraxılış sistemlərindən istifadə edərək qonşu ölkədən raketlər atır. Biz bu hücumlara mütləq cavab verəcəyik", - deyə İranın xarici işlər naziri bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq tarixində ən güclü bombardman reydlərindən birini həyata keçirdiyini və "İran imperiyasının incisi" olan Xarq adasındakı bütün hərbi hədəfləri tamamilə məhv etdiyini açıqlamışdı.
Daha sonra İran mediası partlayışı təsdiqləyib.