AZ

İran xəbərdarlıq etdi: Neft obyektlərimiz vurularsa, ABŞ enerji infrastrukturunu hədəf alacağıq

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın neft və enerji infrastrukturuna hücum ediləcəyi təqdirdə ölkə ABŞ-a məxsus enerji şirkətlərinin obyektlərini hədəfə alacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir İran silahlı qüvvələrinin ölkənin neft və enerji obyektlərinə mümkün hücuma cavab verəcəyini vurğulayıb.

“Əgər bizim neft və enerji infrastrukturumuza hücum olarsa, silahlı qüvvələrimiz cavab verəcək. Onlar regionda ABŞ şirkətlərinə məxsus olan və ya səhmlərinin sahibi ABŞ şirkətləri olan istənilən enerji infrastrukturunu hədəfə alacaqlar”, – deyə Araqçi "MS Now" telekanalına müsahibəsində bildirib.

Nazir həmçinin qeyd edib ki, ABŞ İran ərazisinə zərbələr endirmək üçün ölkənin qonşu dövlətlərinin ərazilərindən istifadə edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
50
icma.az

10Mənbələr