“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam etdirilir.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın İrandakı səfirliyinin əməkdaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Diplomatik nümayəndə sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıb.
Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə müxtəlif ölkələrin
vətəndaşlarının təxliyəsi davam etdirilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta