“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Pakistanın İrandakı səfirliyinin əməkdaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Diplomatik nümayəndə sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıb.
Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.